Qitə kubokuna 6 cüdoçu qatılacaq

12-13 apreldə İtaliyanın Linyano şəhərində gənclər arasında Avropa kuboku keçiriləcək.

Allsport.az xəbər verir ki, turnirdə 29 ölkədən 534 idmançı iştirak edəcək. Avropa cüdo birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda Azərbaycan 5 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçulara qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar və gənc qızlardan ibarət yığma komandanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edəcək.

Qızlar

48 kq

Fəridə Mirzəyeva

52 kq

Xədicə Qədəşova

57 kq

Gülnarə Bayramova

63 kq

Nilgün Rzayeva

Leyla Atayeva

70 kq

Pərvanə Abdullayeva

Həmin kateqoriyadan

azenrutr