Qitə kubokunda 2 qızıl və 2 bürünc

Polşanın Poznan şəhərində gənclər arasında Avropa kuboku başlayıb.

Allsport.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan cüdoçularının qazancı 2 qızıl və 2 bürünc medal olub.

60 kq çəki dərəcəsinə tatamiyə çıxan Fərid Qarayev və 66 kq çəkidə mübarizə aparan Məhəmməd Musayev bütün rəqiblərinə qalib gələrək fəxri kürüsünün ən yüksək pilləsinə qalxıb. Nihad Məmişov (60 kq) və Əbil Yusubov (73 kq) isə bürünc medal qazanıb.

Hazırda milli 4 medalla ümumi sıralamaya başçılıq edir. Turnirə 23 ölkədən 412 cüdoçu qatılıb.

Həmin kateqoriyadan

azenrutr