- Baxış sayı: 234
- 30 Noyabr 2025 10:00
- Baxış sayı: 49
- Dekabr 05, 2025
- 0

Bolqarıstanın Burqas şəhərində bədii gimnastika üzrə Avropa kuboku keçirilib.
Allsport.az xəbər verir ki, böyüklərdən ibarət qrup hərəkətləri komandası 3 top, 2 halqa ilə proqramda 25.150 xal toplayaraq gümüş medala layiq görülüb.
Gənclərdən ibarət qrup hərəkətləri komandası həm çoxnövçülük üzrə 44.000 xalla, həm də 5 halqa ilə proqramda 23.650 xalla iki bürünc medal qazanıb. Fərdi proqramda çıxış edən Fidan Qurbanlı gürzlərlə proqram üzrə 25.866 xal toplayaraq gümüş medal əldə edib. Digər fərdi gimnast Şəms Ağahüseynova isə lentlə çıxışında 25.299 xalla gümüş medalın sahibi olub.