- Baxış sayı: 66
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

Cüdo üzrə Avstriya qran-prisində mübarizə aparacaq Azərbaycan millisinin heyəti bəlli olub. Allsport.az xəbər verir ki, turnir martın 8-10-da Avstriyanın Lints şəhərində təşkil olunacaq. 3 gün davam edəcək turnirdə ölkəmiz 2 kişi və 3 qadın idmançı ilə təmsil olunacaq.
Kişilərin yarışında Rəşid Məmmədəliyev (73 kq) və Camal Həmzətxanov (+100 kq) tatami üzərinə çıxacaq. adınların mübarizəsinə Gültac Məmmədəliyeva və Aydan Vəliyeva (hər ikisi – 52 kq), Aytac Qardaşxanlı (63 kq) qatılacaq.
Cüdoçularımıza böyüklərdən ibarət yığmanın böyük məşqçisi Slavko Tekiç və qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edəcək.
Yarışda Azərbaycan cüdo federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.