- Baxış sayı: 34
- 05 Fevral 2026 19:03
- Baxış sayı: 209
- Fevral 04, 2026
- 0
“Qəbələ” Ukraynanın “Çernomorets” klubundan daha bir futbolçunu transfer etməyə yaxındır. Allsport.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Mənbədə qeyd olunur ki, Odessa təmsilçisində çıxış edən Mixail Sivakov artıq “qırmızı-qaralar”ın düşərgəsinə qatılıb. Baş məşqçi Roman Qriqorçuk 27 yaşlı yarımmüdafiəçidən razı qalıb və müqavilə imzalanması an məsələsidir.
Qeyd edək ki, Belarus millisinin üzvü əvvəllər İtaliyanın “Kalyari”, Belçikanın “Sulte Varegem” klublarında top qovub.