- Baxış sayı: 72
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 106
- Dekabr 05, 2025
- 0

Azərbaycan cüdo federasiyası (ACF), Azərbaycan idman akademiyası və Böyük Britaniyanın Hertfordşir universiteti arasında imzalanmış üçtərəfli anlaşma memorandumuna əsasən Qubada cüdo məşqçiliyi ixtisası üzrə təhsil alan tələbələr üçün xüsusi proqram start götürüb.
Allsport.az xəbər verir ki, proqram çərçivəsində Hertfordşir Universitetinin professoru Mayk Kallenin rəhbərliyi ilə praktiki cüdo dərsləri keçirilir. Tədris prosesinə müxtəlif ölkələrdən dəvət olunmuş tanınmış ekspertlərlə yanaşı, cüdo pedaqogikasını dərindən mənimsəmiş yerli mütəxəssislər də cəlb olunub.
Təşəbbüsün əsas məqsədi cüdo məşqçiliyi ixtisası üzrə təhsil alan tələbələrin beynəlxalq standartlara uyğun bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.
Burada 60-dan artıq tələbə iştirak edir.