- Baxış sayı: 57
- 25 Yanvar 2026 12:09
- Baxış sayı: 90
- Fevral 08, 2026
- 0

Hərdən belə də olur. Allsport.az saytı xəbər verir ki, yüksək liqanın 2-ci turunda U-19 və “Neftçi” qarşılaşmasını maraqlı edən məqamlardan biri də oğul və atanın rəqib olmasıdır.
Adı ilk çəkilən klubun qapıçısı və kapitanı Hüseyn Abdulov “ağ-qaralar”ın məşqçilər heyətində yer alan atası İlqar Abdulova rəqib olub.
Mübarizədən vaxtilə millimiz də çıxış etmiş ata Abdulovun komandası qalib ayrılıb.
Bir müddət əvvəl belə bir məqam “Yasamal” komandasında yaşanmışdı.
O vaxt ata və oğul – Rüfət və Tofiq Hüseynovlar eyni komandanın uğurları üçün mübarizə aparırdılar.