- Baxış sayı: 72
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 106
- Dekabr 05, 2025
- 0

İyunun 12-də Budapeştdə cüdo üzrə böyüklər arasında dünya çempionatının püşkatma mərasimi keçirilib. Allsport.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə milli cüdoçuların ilk rəqibləri müəyyənləşib.
Mötəbər turnirdə Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edəcək. Yığma həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.
Yarış sabah Bakı vaxtı ilə saat 13:30-da başlayacaq. Dünya çempionatının təsnifat mərhələsinin görüşlərini canlı olaraq judotv.com saytından, final blokunu isə 20:00-dan etibarən İdman TV telekanalından izləyə bilərsiniz.
Kişilər
60 kq
1/16 final
Əhməd Yusifov – Ryuju Naqayama (Yaponiya)
66 kq
1/32 final
Ruslan Paşayev – Ronald Lima (Braziliya)
73 kq
1/16 final
Hidayət Heydərov – Otari Kvantidze (Portuqaliya)
Rəşid Məmmədəliyev – Kazbek Naquçev (BƏƏ) / Covanni Esposito (İtaliya) cütünün qalibi ilə
81 kq
1/16 final
Səlim Tçkayev – Pavel Jimal (Polşa) / Tsyanqnan Van (Çin) cütünün qalibi ilə
90 kq
1/32 final
Vüqar Talıbov – Luka Maysuradze (Gürcüstan)
1/16 final
Elcan Hacıyev – Nurbek Murtozoyev (Özbəkistan) / Remi Föyye (Mavriki) cütünün qalibi ilə
100 kq
1/16 final
Səlim Kotsoyev – Cared Koss (ABŞ) / Cennaro Pirelli (İtaliya) cütünün qalibi ilə
+100 kq
1/32 final
Uşanqi Kokauri – İqor Vraçar (Serbiya)
Qadınlar
48 kq
1/32 final
Leyla Əliyeva – Qurbanay Qurbanova (Türkmənistan)
Könül Əliyeva – Mariya Seliya Laborde (ABŞ)
52 kq
1/32 final
Gültac Məmmədəliyeva – Sofiya Asvesta (Kipr)
57 kq
1/16 final
Fidan Əlizadə – Maritsa Perişiç (Serbiya)
Qarışıq komanda yarışı
1/8 final
Azərbaycan – Almaniya