Rəşad və Elcandan qızıl medal 

Qadın və kişilər arasında cüdo Azərbaycan çempionatının ikinci günü arxada qalıb.

Allsport.az xəbər verir ki, daha 4 çəkidə qaliblər müəyyənləşib.

Qadınların mübarizəsində 52 kq çəkidə Zeynəb Məmmədova fəxri kürsünün ən yüksək pilləsində yer alıb. 70 kq çəkidə isə Günel Həsənli bütün rəqiblərindən güclü olub.

66 kq çəkidə Rəşad Yelkiyev Azərbaycan çempionu olub. O, finalda Tofiq Məmmədova qalib gəlib. Eyni uğura 90 kq çəkidə Elcan Hacıyev imza atıb.

Qeyd edək ki, Azərbaycan çempionatına sabah yekun vurulacaq.

Qadınlar

52 kq 
Zeynəb Məmmədova
Nuray Quliyeva
Ayşə Qurbanlı
Fəridə Mirzəyeva

70 kq
Günel Həsənli
Pərvanə Abdullayeva
Səkinə Baxşıyeva
Aygül İsmayılova

Kişilər
66 kq

Rəşad Yelkiyev
Tofiq Məmmədov
Zahir Ağazadə
Kamran Süleymanov

90 kq 
Elcan Hacıyev
Vüqar Talıbov
İbrahim Ağakişiyev
Şamil Tuncay

Həmin kateqoriyadan