- Baxış sayı: 44
- 20 Noyabr 2024 22:21
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Çətin dövrdə yaşayırıq. Pandemiya hələ bitməyib. Amma sosial həyat yavaş-yavaş normallaşmağa başlayır. 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək yay olimpiya oyunları üçün böyük məqsədimiz var. İnanıram ki, Tokioda edə bilmədiyimi Parisdə edəcəyəm”.
Allsport.az xəbər verir ki, bu fikirləri Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev paytaxt Ankarada özünə məxsus pizza restoranın açılışında DHA-ya müsahibəsində deyib.
200 metr məsafəyə qaçışda yarışan 31 yaşlı idmançı pandemiya səbəbindən proqramlarının dəyişdiyini bildirib: “Həm olimpiada təxirə salındı, həm də Avropa çempionatı kimi yarışlar ləğv olundu. Növbəti il dünya və Avropa çempionatı, Aralıq dənizi oyunları və islam həmrəyliyi oyunları var. İnanıram ki, bu səhvləri gələn il etməyəcəyik. Növbəti il ən yaxşı performansı göstərmək, Avropa çempionu adını qorumaq və dünya çempionatında yaxşı nəticə qazanmaq lazımdır. Uğurla çıxış edəcəyimə inanıram”.
Ramil Quliyev 2017-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda dünya, 2018-ci ildə Almaniyanın paytaxtı Berlində Avropa çempionu olub. Tokio-2020 yay olimpiya oyunlarında isə o, finala yüksələ bilməyib.