Region cüdoçuları üçün təlim

Azərbaycan cüdo federasıyasının (ACF) təşkilatçılığı ilə Goranboy olimpiya idman kompleksində 20 iyundan etibarən müxtəlif regionlardan olan 15 və 18 yaşa qədər region cüdoçuları üçün təlim-məşq toplanışı keçirilir.

Allsport.az xəbər verir ki, 100-ə yaxın potensiallı region cüdoçusunun iştirak etdiyi təlim-məşq toplanışı 30 iyuna qədər davam edəcək.

Təlim-məşq zamanı ACF-in regionlarla iş üzrə məsul şəxsləri Musa İsmayılov və Ruslan Yunusov və region məşqçisi Qüdrət Əkbərovun rəhbərliyi ilə yeniyetmə cüdoçuların peşəkarlığının və onların hazırlıq səviyyəsinin artırılması istiqamətində müvafiq məşq proqramı tətbiq edilib. ACF-in prezidentinin müşaviri Natiq Bağırov təlim-məşqdə iştirak edərək öz tövsiyələrini verib.

Təlim-məşq toplanışının keçirilməsinin əsas məqsədi idmançıların yerli və beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, onların taktiki biliklərinin artırılması və yarış təcrübələrinin daha da gücləndirilməsidir.

Həmin kateqoriyadan