Region cüdoçuları üçün təlim-məşq toplanışı

Azərbaycan cüdo federasıyasının (ACF) təşkilatçılığı ilə Goranboy olimpiya idman kompleksində 5 maydan etibarən müxtəlif regionlardan olan 15 yaşa qədər region cüdoçuları üçün təlim-məşq toplanışı keçirilir.

Allsport.az xəbər verir ki, 100-ə yaxın potensiallı region cüdoçusunun iştirak etdiyi təlim-məşq toplanışı 15 maya qədər davam edəcək.

Təlim-məşq zamanı ACF-in regionlarla iş üzrə məsul şəxsləri Musa İsmayılov və Ruslan Yunusovun rəhbərliyi ilə yeniyetmə cüdoçuların peşəkarlığının və onların hazırlıq səviyyəsinin artırılması istiqamətində müvafiq məşq proqramı tətbiq edilib.

Təlim-məşq toplanışının keçirilməsi müvafiq yaş qrupu üzrə 31 may – 3 iyunda keçiriləcək cüdo üzrə ölkə birinciliyinə hazırlıq və region cüdoçularının rəqabət qabiliyyətlərinin artırılması məqsədini daşıyır.

ACF bundan sonra da region idmançılarının rəqabət qabiliyyətlərinin artırılması və regionlarda cüdonun daha da kütləviləşdirilməsi üçün müvafiq tədbirləri davam etdirəcək.

Həmin kateqoriyadan