- Baxış sayı: 40
- 18 Aprel 2025 21:44
- Baxış sayı: 107
- Aprel 14, 2025
- 0
Azərbaycan cüdo federasiyası (ACF) regionlarda cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramının icrasına başlayıb.
Allsport.az xəbər verir ki, aprel 14-də proqramın ilk seminarı Goranboyda Gəncə-Daşkəsən, Qarabağ və Şərqi Zəngəzur regionlarının məşqçi-müəllimləri üçün keçirilib. Proqram çərçivəsində cüdo texnikaları, kombinasiyalar üzrə nəzəri və praktiki hazırlıqlar baş tutub.
Məşğələdə həmçinin cüdo liqaları, ilkin tibbi yardım, hakimliyin yeni qaydaları, sosial mediadan düzgün istifadədən də bəhs olunacaq. Proqram hər regionda 6 gün olmaqla keçiriləcək.