- Baxış sayı: 43
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 136
- Fevral 06, 2026
- 0

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, Rio-2016-nın finalçıları Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) öz çəkilərində liderliklərini davam etdirirlər. Hər 2 idmançımız bütün rəqiblərini qabaqlayaraq əmsalda 1-ci yerdədirlər.
Avropa oyunları və qitə çempionatının gümüş mükafatçısı Orxan Səfərov (60 kq) 2-ci sıradadır. 66 kq-da Nicat Şıxəlizadə mövqeyini 1 pillə yaxşılaşdıraraq 7-ci pilləyə yüksəlib. İlqar Müşkiyev (60 kq), Elxan Məmmədov (100 kq), Məmmədəli Mehdiyev (90 kq) müvafiq olaraq 14-cü, 19-cu, 20-ci yeri tuturlar.
Ağır çəkili Uşangi Kokauri (+100 kq) də reytinq cədvəlinin 20-ci pilləsindədir. Qadın cüdoçumuz Aişə Qurbanlı (48 kq) 40-cı yerdə gedir.