- Baxış sayı: 51
- 15 Yanvar 2025 22:43
- Baxış sayı: 109
- Yanvar 17, 2025
- 0
Rio Yay Olimpiya Oyunlarında çıxış edəcək Azərbaycan tatami ustalarımızın heyəti açıqlanıb. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Peter Zayzenbaxer 2 çəkidə seçimini Beynəlxalq Cüdo Federasiyasının reytinqində daha yüksək mövqedə qərarlaşanların xeyrinə edib.
Avstriyalı mütəxəssis Rio-2016-ya 60 kq-da Orxan Səfərovu, 100 kq-da Elmar Qasımovu aparmağı qərara alıb. Nəticədə, mübafiq olaraq İlqar Müşkiyev və Elxan Məmmədov “dördilliy”in zirvə yarışından kənarda qalıblar.
Digər çəkilərdə Azərbaycanı Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq) və Uşangi Kokauri (+100 kq) təmsil edəcəklər. 31-ci Yay Olimpiya Oyunlarının proqramına əsasən cüdo yarışları iyulun 6-12-də keçiriləcək.