- Baxış sayı: 29
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 32
- Noyabr 21, 2024
- 0
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Slovakiya yığması ilə qarşılaşan və heç-heçə edən Azərbaycan millisi qrup liderliyini təmin edib. Allsport.az xəbər verir ki, millinin kapitanı Rizvan Fərzəliyev Levite şəhərindəki oyunla (1:1) bağlı azfutzal.az-a bunları deyib:
“Çətin oyun oldu. Görüşü bizim üçün çətinləşdirən məqamlardan biri səfərə tam heyətlə yollana bilməməyimizdi. Rafael Vilela, Vassoura, Bolinha və Hadi Ahmadi ilk matçdan fərqli, bu dəfə bizə kömək edə bilmədilər. Ramiz Çovdarovun da yüngül zədə var idi.
Baş məşqçinin tapşırığına uyğun olaraq, üstünlüyü müdafiəni gücləndirməyə vermişdik. Çünki bizə səfər oyunundan ən pis halda heç-heçə ilə ayrılmaq lazım idi. Buna görə də müdafiədə sabit oynamalı idik. Rəqib topla daha çox oynadı. Fasiləyə də hesabda geri yollandıq. İkinci hissədə də taktikamıza sadiq qaldıq. Düzdür, topa nəzarət edən slovaklar qapımız qarşısında bir neçə təhlükəli epizod yaratdı.
Halbuki ondan istifadə etsəydilər, çətin olacaqdı. Əks-hücumlar zamanı biz də müəyyən qol epizodları yarada bildik, amma bərabətlik topunu matçın başa çatmasına 30 saniyə qalmış vurduq. Yəni, təslim olmadıq, sona qədər mübarizəmizi apardıq. Məqsəd xal və ya xallar qazanmaq idi. Bu nəticə sayəsində Avropa çempionatının final mərhələsinə qrup lideri kimi yollanacağıq.
Son matçda Yunanıstan yığması ilə qarşılaşacağıq. Doğma meydanımızda keçirəcəyimiz görüşü də qələbə ilə başa vurmaq istəyirik. Yəni qələbə ilə başlamışıq, elə qələbə ilə də yekunlaşdırmalıyıq”.