- Baxış sayı: 39
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Avropa Liqasının qrup mərhələsinin “Anderlext” (Belçika) – “Qəbələ” oyunundan (3:1) sonra qonaq baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi ukraynalı mütəxəssisin fikri ilə tanış edir:
“Rəqibi qalib gəlmələri münasibətilə təbrik edirəm. Belçika klubu qanunauyğun qələbə qazandı. “Anderlext” bizdən güclü idi. Hər şey oyuna görə oldu. Rəqib bütün oyun komponentlərində bizdən güclü idi. Bu qələbə tam düzgün idi. Bizim oyun üslubu hücum futbolundan ibarətdir. Hücumda olmaq, oyunu idarə etmək istəyirik. Belə oynamaq bizim istəyimizdir. Lakin rəqib bizdən üstün olduğu üçün istədiyimizi – öz futbolumuzu göstərə bilmədik. Üslubu dəyişmək, qapanmaq istəməzdik.
Növbəti matçlarda, o cümlədən “Anderlext”lə ikinci matçda da öz futbolumuzu göstərməyə çalışacağıq. Ümid edirəm ki, bu yolla inkişaf edəcəyik. Paralel olaraq çempionat və avrokuboklarda oynayacağıq. “Mayns”la növbəti matçı evdə keçirəcəyik. Həmin qarşılaşmada azarkeşlərimizi yaxşı oyun və nəticə ilə sevindirmək istəyirik. “Anderlext”i digər rəqiblərimizlə müqayisə edə bilmərəm. Bu, həmin komandaların təhlilindən sonra mümkündür.
Oyunçularıma demişdim ki, “Anderlext”in aşkar zəif yeri yoxdur. Müəyyən çatışmazlıqlar var. Lakin müdafiə və hücumda böyük boşluqlar tapmaq həqiqətən də çətin idi. Bu matç iki həftə əvvəl olsaydı, rəqibin oyununda boşluq tapa bilərdik. Lakin son çempionat görüşündə də onlar göstərdi ki, heyət tam formalaşıb. Buna əsasən biz öncədən rəqibin heyətini də, necə oynayacağına da bilirdik. Cəmi 2-3 həftə əvvəlki “Anderlext” indikindən zəif idi”.