- Baxış sayı: 18
- 24 Mart 2026 15:50
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

“Əl-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu zədədən sonrakı vəziyyəti ilə bağlı azarkeşlərinə müsbət mesaj ünvanlayıb.
Allsport.az xəbər verir ki, ulduz futbolçu sosial şəbəkə hesablarında idman zalından fotolarını paylaşıb. Təcrübəli forvard paylaşımına “Hər keçən gün daha yaxşı oluram” sözlərini əlavə edib.
41 yaşlı oyunçu Səudiyyə pro liqasında “Əl-Feyha” ilə matçda (3:1) sağ ayağının bud nahiyəsindən zədə alıb. Hazırda müalicə və bərpa prosesini İspaniyanın paytaxtı Madriddə davam etdirən Ronaldunun yaşıl meydanlara təxminən 1-2 həftəyə qayıdacağı gözlənilir.
Ronaldu cari mövsümdə “Əl-Nəsr”in heyətində bütün turnirlər daxil olmaqla 26 matçda meydana çıxıb, 22 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
