- Baxış sayı: 29
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 42
- Noyabr 21, 2024
- 0
AÇ-2022-nin qrup mərhələsində Slovakiya, Moldova, Türkiyə-Yunanıstan cütünün qalibi ilə birinci yer uğrunda yarışacaq futzal yığmamız mübarizəyə noyabrda başlayacaq. Allsport.az xəbər verir ki, millinin qapıçısı Rövşən Hüseynli püşklə bağlı fikirlərini federasiyanın saytına bölüşüb:
“Rəqiblərimizdən biri tam müəyyənləşməyib. Söhbət Türkiyə-Yunanıstan duelindən gedir. Bu cütün qalibi bizim qrupda yer alacaq. Məncə, hazırda Yunanıstan millisi inkişafdadır. Məşqçilər korpusunda braziliyalı mütəxəssis də var. Onların şansı daha çox görünür. Slovakiya və Moldova haqda isə çox danışmağa ehtiyac yoxdur. Son rəsmi oyunlarda hər iki komanda ilə qarşılaşdıq.
Bakıdakı seçmə oyunlarda həm Moldovanı, həm də Slovakiyanı məğlub etdik. Ancaq Slovakiya ilə 3 ay sonra Xorvatiyada yenidən rəqib olduq və bu dəfə duel heç-heçə başa çatdı. Halbuki matçın gedişində məğlub duruma düşmüşdük və son saniyələrdə status-kvonu bərpa etdik. Həmin qarşılaşmada onlar bizdən heç də güclü deyildilər. Sadəcə, qrupdakı vəziyyəti oyuna köklənməyimizə mənfi təsir göstərdi.
Digər qruplara da diqqət yetirsək, biz daha münasib rəqiblərlə qarşılaşacağıq. Reytinq baxımından da biz qrupun favoriti hesab edilirik. Ancaq koronavirus pandemiyası ilə əlaqədar 6 aydır futzaldan uzaq düşmüşük. Bildiyiniz kimi, idman zallarının fəaliyyəti dayandırılıb. Lakin legioner həyatı yaşayan komandamızın üzvləri oyunlar keçirirlər ki, bu da müsbət məqamdır. İstənilən halda, millinin bir məqsədi var: qrup qalibi olmaq və növbəti dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq”.