- Baxış sayı: 44
- 20 Noyabr 2024 22:21
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Rusiyada bədii gimnastika beynəlxalq yarışlara qoyulan qadağalardan sonra çox dəyişib. Allsport.az xəbər verir ki, artıq idmançılar demək olar bütün il boyu çıxış edirlər. Noyabrın əvvəlində Dubayda Rusiya millisinin ən yaxşı gimnastlarının gəldiyi növbəti turnir keçirilib.
Lalə Kramarenko qələbə sıralamasını davam etdirir. Qısa müddət ərzində o, güclülər kubokunun, millətlər oyunlarının finalında qalib gəlib və BƏƏ-də keçirilən beynəlxalq turnirdə qızıl medal qazanmağı bacarıb.
Onun çıxışlarından gimnastın tez-tez və demək olar ki, fasiləsiz yarışlarda iştirak etdiyini söyləmək qeyri-mümkündür.
O, sovetlər “Neftçi”sində məşhur azərbaycanlı qapıçı Sergey Kramarenkonun nəvəsi, millimizin qolkiperi və məşqşisi olmuş Dmitri Kramarenkonun qızıdır. Bir müddət Azərbaycanda da məşğul olub, amma burada sıxışdırıldıından, Rusiyaya üz tutub.