Omskda heyrətamiz konsert

“Yevgeniya kuboku” turniri mövcud olduğu üç il ərzində ilk dəfə olaraq həqiqətən də genişmiqyaslı oldu. Allsport.az xəbər verir ki, Rusiya millisinin böyük hissəsi Omska gəlib, çünki burada mövsümün birinci yarısının nəticələrinə yekun vurulur və nəticələrə əsasən BRİKS oyunları üçün heyət müəyyənləşəcək.

Müsabiqə əvvəllər Rusiyada keçirilən bütün konsertlərdən fərqli qala-konsertlə başa çatıb. Bu cür tədbirlər artıq ənənə halını alıb – turnirlərdən sonra və ya yaddaqalan tarixlərdə İrina Viner Lujnikidə canlı musiqinin müşayiəti ilə əsas idman ulduzlarının iştirakı ilə real şoular nümayiş etdirir.

Onların hamısı eyni sxem üzrə səhnəyə qoyulur – uşaqlar və ya qrup üzvlərindən ibarət korpus de baleti, bir neçə solist və nömrələr arasında aparıcılar ən çox çıxıb ifaçıları elan edirlər.

Həmin kateqoriyadan