Rusiyalılar turnirdən imtina etdi

6 aydan sonra Parisdə yay olimpiya oyunları başlayacaq.

Allsport.az xəbər verir ki, Rusiya və Belarus idmançılarına burada iştirakına rəsmi icazə verilmir. Gimnastika növündə isə olduqca maraqlı bir hekayə oldu. FIG (beynəlxalq gimnastika federasiyası) idmançılara neytral statusun verilə biləcəyi şərtləri dərc edib.

Rusiyada milli komandaların baş məşqçiləri FIG-i tamamilə boykot etmək qərarına gəlib və beynəlxalq yarışlarda iştirakdan imtina ediblər. Bu zaman Belarus millisində 30 nəfər bitərəf status alıb. Onların arasında Tokio olimpiadasının bürünc mükafatçısı, dünya çempionu Alina Qornosko da var. Onun belə şəraitdə də yenidən zirvəyə qalxmaq üçün real şansları var, ona görə də federasiya risk etmək qərarına gəlib.

Həmin kateqoriyadan