- Baxış sayı: 46
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdoçuların “Böyük dəbilqə”si davam edir. Allsport.az saytı xəbər verir ki, millimiz 2-ci yarış günündə də medal qazanıb.
73 kq-da Rüstəm Orucov bürünc medal uğrunda görüşdə fürsəti qaçırmayıb. Dünən bizdən Nicat Şıxəlizadə (66 kq) 2-ci yerlə kifayətlənmişdi.
Qeyd edək ki, “Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanırlar.