Rüstəm Orucov: “2021-ci il olimpiadası üçün daha güclü olacağam”

Cüdo millimizin lideri Rüstəm Orucov (73 kq) Tokio-2020 yay olimpiya oyunlarının təxirə salınması barədə fikrini bölüşüb. Allsport.az xəbər verir ki, Rio-2016-nın 28 yaşlı gümüş mükatçısı gələn il daha güclü olacağına inandığını deyib:

“Dünyada yayılan koronavirus pandemiyası səbəbindən olimpiya oyunları gələn ilə qədər təxirə salınıb. Bəli, bizim üçün çox çətindir, amma insanların sağlamlığı əsasdır!

Tezliklə hər şeyin yaxşı olacağına ümid edirəm. Düşüncələrimiz və dualarımız COVID-19-dan zərər çəkmiş insanlarla olur. Tanrı hamınızı qorusun! Əlbəttə, 2021-ci ildə olimpiya oyunları üçün daha güclü olacağam!”

Həmin kateqoriyadan