- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 94
- Noyabr 21, 2024
- 0
Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, 2016-cı ilin yekun əmsalında Rio-2016-nın gümüş mükafatçısı Rüstəm Orucov (73 kq) yeni uğura yetişib. O, 3010 reytinq balı yığaraq həm öz çəkisində 1-ci yerini qoruyub, həm də bütün çəki dərəcələri üzrə ən çox xal toplayıb. Həmyerlimiz neçə ildir bu göstəriciyə görə lider olan, 2-qat olimpiya çempionu və dəfələrlə dünya çempionu fransalı Teddi Rineri (+100 kq, 2800 xal) geridə qoyub.
Rio Olimpiadasında Azərbaycana daha bir gümüş medalı qazandıran Elmar Qasımov (100 kq) 2524 xal toplayaraq öz çəki dərəcəsində liderliyini davam etdirir.
Sevindirici haldır ki, 60 kq-da ölkəmizi beynəlxalq turnirlərdə layiqincə təmsil edən Orxan Səfərov bütün rəqiblərini qabaqlayaraq liderliyi ələ keçirib (1854 xal). Bu çəkidə mübarizə aparan daha bir cüdoçumuz İlqar Müşkiyev də 2 pillə irəliləyərək 1073 xalla 12-ci yerdə qərarlaşıb.
66 kq çəki dərəcəsində çıxış edən Nicat Şıxəlizadə ötən ayla müqayisədə 1002 xal qazanaraq 9-cu pilləyə yüksəlib.
Digər iki cüdoçumuz – Məmmədəli Mehdiyev və Uşanqi Kokauri (+100 kq) reytinq cədvəlində öz yerlərini qorumağa müvəffəq olublar. Mehdiyev 806 xal ilə 20-ci, Kokauri isə 866 xalla 18-ci yerdə qərarlaşıblar.