Rüstəm Orucov gümüş, Hidayət Heydərov bürünc medal qazandı

Bu gün Avropa oyunlarında cüdoçuların mübarizəsi davam edib. Allsport.az saytı xəbər verir ki, ilk gün uğursuz çıxış edən millimiz ertəsi tilsimi qırıb.

73 kq-da Rüstəm Orucov finala qədər itkisiz irəlilədi. O, 1/8 finalda Rio olimpiadasının qalibi Fabio Bazileni, ardından erməni Ferdinand Karapetyanı üstələdi. Həlledici görüşdə həmyerlimiz vazari irəlidə olsa da, sonradan ipponla uduzdu.

Bu çəkidə digər aparıcı Hidayət Heydərov cüdoçumuz 1/4 finalda yunan Georgios Azoidisə uduzsa da, təsəllivericidə öncə Ferdinand Karapetyanı, sonra gürcü Laşa Şavdatuaşvilini məyus edərək bürünc medal qazandı.

Qeyd edək ki, bu il Avropa çempionatı keçirilmədiyindən, qitə oyunun nəticəsi bura əlavə olunur.

Həmin kateqoriyadan