Rüstəm Orucov Portuqaliyaya yollanacaq

Azərbaycan millisinin sabiq cüdoçusu Rüstəm Orucov Portuqaliyada ustad dərsi keçəcək.

Allsport.az xəbər verir ki, azərbaycanlı mütəxəssis avqustun 29-31-də keçiriləcək təlim-məşq toplanışında iştirak etmək üçün seminara dəvət olunub. 

Bu, Portuqaliya tərəfinin dəvəti ilə gerçəkləşib. Orucov gənc cüdoçulara ustalığın əsaslarını nümayiş etdirəcək və bu müddət ərzində üç fərqi idman kompleksində məşq keçəcək. Orucov idmançı karyerası ərzində onun vizit vərəqi olan imza texnikasını nümayiş etdirəcək.

Həmin kateqoriyadan