- Baxış sayı: 71
- 24 Mart 2026 23:23
- Baxış sayı: 125
- Mart 25, 2026
- 0

Tokio oyunlarında cüdoçuların mücadiləsi davam edir. Allsport.az saytı xəbər verir ki, bu gün bizdən Rüstəm Orucov (73 kq) rəqabətə qoşulub.
O, ilk görüşdə Rusiya təmsilçisi Musa Moquşkovu və 1/8 finalda tacikistanlı Somon Məhmədbəyova vazari ilə qalib gəlib.
Bayraqdarımızın növbəti rəqibi bu çəkinin öncülü, olimpiya və 6-qat dünya çempionu Şohei Ono olub. Yaponiyalı idmançıya iponla yenilən Rüstəm, mübarizəni təsəllivericidə davam etdirəcək.