- Baxış sayı: 39
- 04 Fevral 2026 23:22
- Baxış sayı: 155
- Fevral 04, 2026
- 0

Avropa oyunlarından yunan-Roma güləşçimiz Sabah Şəriəti (130 kq) medalsız dönmədi. Allsport.az saytı xəbər verir ki, o, 2-ci dəfə bu yarışda fərqləndiyi üçün sevindiyini deyib:
“Avropa oyunlarında 2-ci dəfə fəxri kürsüyə qalxdığım üçün şadam. Bakıda ikinci yeri tutmuşdumsa, Minskdə bürünc medal qazandım. Daha yaxşı nəticə qazanmağıma mane olan ötən il keçirilən dünya çempionatından sonra iki dəfə zədələnməyim idi. Çalışacağam ki, dünya çempionatına daha yaxşı hazırlaşıb, daha uğurlu nəticə qazanım”.