Seçmə mərhələdəki rəqiblər bəlli olub

Basketbol üzrə yeniyetmələrdən ibarət oğlan və qız milli komandalarımızın Avropa çempionatındakı rəqibləri müəyyənləşib.

Allsport.az xəbər verir ki, U-18 qızlardan ibarət milli komandamız “B” divizionunda çıxış edəcək
(31 iyul – 9 avqust, Rumıniya).
Millimizin “A” qrupundakı rəqibləri İslandiya, Portuqaliya, Rumıniya və Niderland yığmaları olacaq.

U-18 oğlanlardan ibarət milli komandamız “B” divizionunda mübarizə aparacaq
(24 iyul – 2 avqust, Xorvatiya).
Millimizin “B” qrupundakı rəqibləri Polşa, İslandiya, Çexiya, Ukrayna və Portuqaliya yığmalarıdır.

U-20 qızlardan ibarət milli komandamız “B” divizionunda çıxış edəcək
(4–12 iyul, Bolqarıstan).
Millimiz “A” qrupunda İrlandiya, Albaniya və Yunanıstan yığmaları ilə qarşılaşacaq.

U-20 oğlanlardan ibarət milli komandamız “B” divizionunda mübarizə aparacaq
(10–19 iyul, Slovakiya).
Millimizin “A” qrupundakı rəqibləri İrlandiya, İsveç, Slovakiya və Şimali Makedoniya yığmaları olacaq.

Həmin kateqoriyadan