- Baxış sayı: 35
- 05 Fevral 2026 19:03
- Baxış sayı: 211
- Fevral 04, 2026
- 0
“Simurq” gənc futbolçusu Murad Səttarlı ilə yollarını ayırıb. Allsport.az xəbər verir ki, qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib.
2012/13-cü il mövsümündə icarə əsasında komandamızda forma geyinən Murad ötən ilin əvvəlində “Qarabağ”dan transfer olunmuşdu. Ümumilikdə, gənc futbolçu karyerası ərzində Premyer Liqada 48 matçda Zaqatala təmsilçisinin şərəfini qoruyub və iki qola imza atıb.
“Simurq” gənc futbolçuya xidmətlərinə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.