- Baxış sayı: 44
- 20 Noyabr 2024 22:21
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Azərbaycan gimnastikası son 10 ildə yüksək səviyyədə inkişaf nümayiş etdirib”. Allsport.az saytı xəbər verir ki, bunu Beynəlxalq Gimnastika Federasiyasının (FIG) vitse-prezidenti Slava Korn deyib. Onun sözünə görə, ölkəmizdə keçirilən çoxsaylı yarışlar Odlar yurdunu iri idman dövlətinə çevirib: “Mən 2007-ci ildə Azərbaycana ilk səfərimi xatırlayıram. Onda Bakıda dünya çempionatı keçirilirdi və siz beynəlxalq səviyyəyə yenicə çıxırdınız. Azərbaycanda gimnastika ötən on ildə fenomenal inkişaf nümayiş etdirib. Mən təkcə bədii gimnastikanın deyil, digər gimnastika növlərinin inkişafında da federasiyanın rolunu və onun bu işə böyük töhfəsini qeyd etmək istəyirəm. Bakıda keçirilən bütün dünya kuboku və əlbəttə, Avropa oyunları Azərbaycanı böyük idman ölkəsinə çevrilib”.
Bakıda FIG hakimləri üçün qitələrarası kursların təşkilatçılıq səviyyəsini yüksək qiymətləndirən qonaq deyib: “Mən hakimlər üçün üç qitələrarası kursda iştirak etmişəm və deməliyəm ki, Bakıdakı kurslar ən yüksək səviyyədə təşkil edilmişdi. Otel şəraiti, hakimlərin şəhər daxilində yerdəyişməsinin təşkili – hamısı ən yüksək səviyyədə idi. Mən gördükləri bu böyük işə görə təşkilatçılara təşəkkür edirəm”.
FIG hakimləri üçün bədii gimnastika üzrə qitələrarası kurslar yanvarın 17-dən 21-dək Bakıda keçirilib. Olimpiya siklində bir dəfə keçirilən bu kurslar hakimlərə bu kateqoriya üzrə ən yüksək sayılan birinci dərəcəni almaq imkanı verir.