- Baxış sayı: 45
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli liderin anım gününə cüdo üzrə 5-ci respublika turniri start götürüb. Allsport.az saytı xəbər verir ki, yarış Cüdo federasiyası, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilir.
Turnirdə Bakı, Sumqayıt, Naxçıvan, Bərdə, Mingəçevir, Qusar, Qubadlı, Şabran, Laçın, Qax, Siyəzən, Qəbələ, Şirvan, Ağcabədi ilə yanaşı Rusiyanın Nalçik və Dərbənd şəhərlərinin yeniyetmə cüdoçuları mübarizə aparırlar. 38 komandadan 335 cüdoçunun qatıldığı çempionat 2 gün davam edəcək.