Sumqayıtda kəmər dərəcələri üzrə növbəti imtahan baş tutdu

İyunun 22-də Azərbaycan cüdo federasiyasının (ACF) təşkilatçılığı ilə Sumqayıt şəhərində yerləşən cüdo təlim mərkəzində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.

Allsport.az xəbər verir ki, imtahanda 100-dən çox cüdoçu müvafiq yaş uyğunluğuna əsasən müxtəlif kəmər dərəcələri üzrə imtahan verib. İmtahanı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib.

Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir.

Kəmər imtahanı peşəkarlıq səviyyənin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.

Həmin kateqoriyadan