Superkubokun tarixi bəllidir

İngiltərə superkuboku (FA community shield) uğrunda matçın keçiriləcəyi məkan və tarix bəlli olub.

Allsport.az xəbər verir ki, qarşılaşma avqustun 16-da Uelsin paytaxtı Kardiffdə yerləşən “Prinsipaliti” (keçmiş “Millenium”) stadionunda oynanılacaq.

Ənənəvi olaraq Londonun “Uembli” stadionunda təşkil olunan turnirin yerinin dəyişdirilməsinə səbəb həmin tarixlərdə (15-16 avqust) milli stadionda nəzərdə tutulan konsert proqramlarıdır. Bu qərarla İngiltərə futbolunun mövsümönü açılış oyunu 20 illik fasilədən sonra yenidən Uelsə qayıdıb. Belə ki, superkubok sonuncu dəfə 2001-2006-cı illərdə “Uembli”nin yenidən qurulması dövründə Kardiffdə keçirilmişdi.

Hər il təşkil olunan bu birmatçlıq turnirdə premyer liqa çempionu ilə İngiltərə kubokunun qalibi qarşılaşır. Hazırda bu titulun sahibi ötən mövsüm “Liverpul”u məğlub edən “Kristal Pəlas” klubudur.

Həmin kateqoriyadan