Tərtərdə yeni cüdo zalı

Tərtər olimpiya idman kompleksində cüdo zalı fəaliyyətə başlayıb.

Allsport.az xəbər verir ki, zalın açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Azərbaycan cüdo cederasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov və digər rəsmilər iştirak ediblər.

Cüdo zalı ACF tərəfindən müasir standartlara cavab verən tatamilərlə və digər zəruri avadanlıqlarla təchiz edilib. Tataminin ümumi ölçüsü 112 kv.m sahəni əhatə edir. Zalda 100-dən çox idmançı cüdo ilə məşğul olacaq.

Həmin kateqoriyadan

azenrutr