Tanınmış mütəxəssisdən seminar

Avarçəkmə üzrə tanınmış mütəxəssis Aleksandr Nikoronov Mingəçevirdə seminar keçib.

Allsport.az xəbər verir ki, Nikoronov beynəlxalq olimpiya komitəsinin olimpiya həmrəyliyinin və beynəlxalq kanoe federasiyasının milli idman sistemlərinin İnkişafı layihəsi çərçivəsində ikinci dəfə ölkəmizə səfər edib.

Böyük Britaniyalı qonaq “Kür” olimpiya tədris-idman mərkəzində yerli məşqçi və hakimlərə seminarlar keçib. Seminarda avarçəkmə idmanı növündə son yeniliklər, həmçinin qısa və uzunmüddətli idman strategiyasının hazırlanması mövzuları müzakirə olunub. İştirakçılara həm praktiki, həm də nəzəri dərslər tədris edilib.

Aleksandr Nikoronov Azərbaycanda avarçəkmə üçün uyğun olan su hövzələri ilə də tanış olub. Seminarın yekununda yerli məşqçi və hakimlərə sertifikatlar təqdim olunub.

Həmin kateqoriyadan