Tiflisə 12 cüdoçu ilə

Beynəlxalq cüdo federasiyasının təqviminə əsasən, növbəti “Böyük dəbilqə” turniri 21-23 martda Gürcüstan paytaxtında keçiriləcək. Allsport.az xəbər verir ki, Azərbaycan bu yarışda 8 çəki dərəsində (8 kişi, 4 qadın) təmsil olunacaq.

Cüdoçulara mötəbər turnirdə böyüklərdən ibarət yığmanın böyük məşqçisi Robert Kravçik, qadınlardan ibarət millinin böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.

Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan cüdo federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev də yer alacaq.

Üç gün davam edəcək turnirdə 53 ölkədən 417 idmançı (237 kişi, 180 qadın) iştirak edəcək.

Kişilər

60 kq
Hüseyn Allahyarov
Murad Muradlı

66 kq
Rəşad Yelkiyev
Nazir Talıbov

73 kq
Rüfət Şövlətov
Qədir Hüseynov

81 kq
Məhərrəm İmamverdiyev

100 kq
Elmar Qasımov

Qadınlar

52 kq
Aydan Vəliyeva

57 kq
Fidan Əlizadə

70 kq
Südabə Ağayeva
Günel Həsənli

Həmin kateqoriyadan

azenrutr