- Baxış sayı: 46
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

2-4 dekabrda Yaponiyada cüdoçuların “Böyük dəbilqə” turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışa Azərbaycan millisi də qatılacaq. Komandamız Tokioda təşkil olunacaq yarışa 8 idmançı ilə yollanacaq.
Bunlar Orxan Səfərov, Rasim Əlməmmədov (hər ikisi – 60 kq), Vüqar Şirinli, İlqar Müşkiyev (66 kq), Rüstəm Orucov, Fəqan Quluzadə (73 kq), Məmmədəli Mehdiyev (90 kq) və Elxan Məmmədovdur (100 kq).