- Baxış sayı: 123
- 26 Mart 2026 15:26
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Yaponiyaya səfərdən qabaq qadın güləş millisinin baş məşqçisi Aslan Ağayev hava limanında açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, Tokio-2020-də var güclərini ortaya qoyacaqlarını söyləyib:
“Olimpiadaya 2 güləşçi ilə yollanırıq. Allah qoysa, onların hər ikisindən medal gözləyirik. Ən əsası da, ora qızıl üçün gedirik. Allah qismət eləsin, istəyimizə nail olaq, bayrağımızı Tokioda yüksəklərə qaldıraq, Vətənimizə üzüağ qayıdaq” .