Triatlonçular Barselona yolunda

Oktyabrın 6-da İspaniyanın Barselona şəhərində ironman məsafəsi üzrə beynəlxalq yarış keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Azərbaycanı turnirdə “Tritterra Baku Triathlon Club”nun idmançıları Oleksandr Mordasov, Teymur Fərəcov, Kamil Əliyev, Fəxri Əkbərov, Oleq Kuçerov, İzzət Nəfiyev, Tural Mahmudov və Samir Cavadov təmsil edəcəklər.

İronman normasını yerinə yetirmək uğrunda idmançılar 3 sınaqda iştirak edəcək. Onlardan 3,8 km məsafədə üzmək, 180 km velosiped sürmək və 42,2 km marafon məsafəsində yürüşdə iştirak etmək tələb olunur.

Turnirdə 60 ölkədən 3 000 idmançının iştirakı planlaşdırılır.

Həmin kateqoriyadan