- Baxış sayı: 253
- 12 Oktyabr 2025 15:00
- Baxış sayı: 95
- Dekabr 05, 2025
- 0

Azərbaycan triatlon federasiyasının prezidenti Fərid Fərhadzadə, Madriddə dünya triatlonu təşkilatının prezidenti Marisol Casado və baş katibi Antonio Arimany ilə görüşüb.
Allsport.az saytı xəbər verir ki, söhbətdə ölkəmizdə bu idman növünün inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb.
Beynəlxalq qurumun bu il ölkəmizdə triatlon məşqçiləri üçün seminar keçirməsi ilə bağlı razılıq əldə olunub.
Müzakirələrin əsas mövzusu 2025-ci ildə triatlon üzrə dünya kubokunun Bakıda təşkil edilməsi olub.