- Baxış sayı: 80
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

Bakı-2017 İslam həmrəyliyi oyunlarında cüdo və para-cüdo yarışı mayın 13-15-də Heydər Əliyev adına sarayda keçiriləcək. Allsport.az saytının məlumatına görə, bu sözü ACF-in meneceri Tural Piriyev deyib. O bildirib ki, yarışda qadınlar və kişilər 7, paralimpiyaçılar isə 3-4 çəkidə mübarizə aparacaqlar.
Bu növdə 32 ölkədən 255 idmançının qatılacağı gözlənilir. Martda Bakıda təşkil olunacaq “Böyük dəbilqə” beynəlxalq turnirində yerli və xarici idmançılar qüvvələrini sınayacaqlar.
Bakı-2017-də iştirak edəcək cüdoçuların mayın 10-dan ölkəmizə gələcəyini bildirən federasiya nümayəndəsi idmançılarımızın İslam həmrəyliyi oyunlarında böyük uğur qazanacağına əminliyini diqqətə çatdırıb.