Türam “İnter”dən ayrılır

“İnter”in hücumçusu Markus Türam yay “transfer pəncərəsi”ndə komandasını dəyişə bilər.

Allsport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klublarının ciddi marağına baxmayaraq, 28 yaşlı fransalı forvard karyerasını İngiltərədə davam etdirməyə üstünlük verir.

Artıq “Aston Villa” və “Nyukasl” klublarının futbolçu ilə ilkin təmasa keçdiyi bildirilib. “İnter” rəhbərliyi isə uyğun təklif gələcəyi təqdirdə hücumçunun gedişinə mane olmayacaq.

Türam cari mövsümdə “neradzurri”nin heyətində bütün turnirlər daxil olmaqla çıxdığı 36 matçda 12 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan