- Baxış sayı: 24
- 24 Aprel 2025 23:12
- Baxış sayı: 66
- Aprel 24, 2025
- 0
Hövsan qəsəbəsində yerləşən “Xilasedici” idman-sağlamlıq mərkəzində cüdo üzrə 15 yaşa qədər kiçik yaşlı yeniyetmələrin ölkə birinciliyində komanda yarışları keçirilib.
Allsport.az saytı xəbər verir ki, ümumilikdə 18 tağım kubok uğrunda mübarizə aparıb. Qızlar 36 kq, 44 kq, 52 kq, 63 kq və +63 kq çəkilərdə, oğlanlar isə 38 kq, 46 kq, 55 kq, 66 kq və +66 kq-larda güclərini sınayıb.
Yarışda həm qızlar, həm də oğlanlarda Bakı şəhəri 13 nömrəli Respublika idman olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi kubok və qızıl medallar qazanıb.
Qızlar
1. Bakı şəhəri 13 saylı RİOEUGİM
2. “Kanokan TT” idman klubu
3. Bakı şəhəri 10 saylı RİOEUGİM
3. “Maştağa” idman klubu
Oğlanlar
1. Bakı şəhəri 13 saylı RİOEUGİM
2. Gəncə
3. Bakı şəhəri 10 saylı RİOEUGİM
3. “Təhsil” RİM-in 2 saylı RİOEUGİM-i