- Baxış sayı: 84
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 58
- Dekabr 05, 2025
- 0

“Sərhədçi” Olimpiya İdman Kompleksində yeniyetmə cüdoçular arasında keçirilən Azərbaycan birinciliyinin ilk günü maraqlı anlarla yadda qalıb.
Allsport.az saytı xəbər verir ki, yarışın ilk günü qızlar arasında bütün, oğlanların mübarizəsində isə iki çəki dərəcəsində qaliblər müəyyənləşib.
Ruslana Xəlilova (36 kq), Aydan Şirinzadə (40 kq), Səbinə Alıyeva (44 kq), Vüsalə Kərimova (48 kq), Ülviyyə Bayramova (52 kq), Fəridə Səfərova (57 kq), Südabə Ağayeva (63 kq), Nərmin Əmirli (70 kq), Rəvanə Kərimova (+70 kq); Aydın Rzayev (46 kq) və Mirağa Hacıyev (50 kq) 1-ci yer tutublar.