Ümumi komanda hesabında çempionluq

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa gənclər yay olimpiya festivalının (EYOF) cüdo yarışlarını Azərbaycan yığması 8 medalla tamamlayıb.

Allsport.az xəbər verir ki, millinin heyətində son olaraq Sübhan Axundov (+90 kq) fəxri kürsüyə yüksəlib. Cüdoçumuz üçüncü yer uğrunda görüşdə Çex Respublikası təmsilçisi Meliçar Şkodaya vaza-ari xalı ilə qalib gələrək bürünc medala yiyələnib.

Azərbaycan seçməsi yekunda 3 qızıl, 2 gümüş və 3 bürünc medalla ümumi komanda hesabında festivalın cüdo yarışlarının çempionu olub.

EYOF-2025-də daha əvvəl cüdoçularımızdan Gülşən Hüseynova (44 kq), Rza Xəlilli (50 kq), Rəsul Əlizadə (55 kq) qızıl, Nuranə Hacızadə (48 kq), Zeyd Ələsgərov (60 kq) gümüş, Aysun Məmmədova (52 kq) və Məhəmməd Ağakişiyev (73 kq) bürünc medal qazanıb.

Həmin kateqoriyadan