Vassora: “Rusiyanın zəif tərəflərindən istifadə etməyə çalışacağıq”

DÇ-2020-nin elit-raund mərhələsində mübarizəyə başlayan futzal millimiz ilk oyunda Xorvatiyaya uduzdu. Allsport.az xəbər verir ki, millinin üzvü Vassora 0:2 hesablı yenilgini şərh edib:

“Çətin oyun oldu. Məncə, yaxşı oynadıq. Ancaq vacib olan qələbə qazanmaq idi ki, bunu bacarmadıq. İlk oyunlarda hər zaman stress, əsəb gərginliyi olur. Rəqibimiz doğma meydanda çıxış edirdi.

Bu da onlarda özünəinam yaratmışdı. Bizim də qapı istiqamətinə çoxlu zərbələrimiz oldu. Təəssüf ki, hədəfə düşə bilmədik. Hətta qapı dirəyini də nişan aldıq”.

Millinin üzvü azarkeşləri ümidini itirməməyə çağırıb:

“Rusiya millisi növbəti rəqibimiz olacaq. Onlar güclü olsalar da, yenilməz deyillər. Rəqibimizə hörmət edirik. Ancaq öz oyunumuzu oynamağa, rəqibin zəif tərəflərindən xeyrimizə istifadə etməyə çalışacağıq. Təbii ki, “idman xoşbəxtliyi”nin də tərəfimizdə olması vacibdir”.  

Həmin kateqoriyadan