- Baxış sayı: 35
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Allsport.az xəbər verir ki, Sloveniyanın Podçetrtek şəhərində cüdo üzrə usta cüdoçular arasında Avropa çempionatının fərdi yarışlarına yekun vurulub.
8-10 iyunda keçirilən çempionatda Azərbaycan cüdoçuları 7 yaş kateqoriyası üzrə 36 idmançı ilə təmsil olunub. Veteranlardan ibarət komandamıza baş məşqçi Fərhad Rəcəbli rəhbərlik edib.
Fərdi yarışların sonuncu günündə M1 və M2 yaş kateqoriyası üzrə 12 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
M1 yaş kateqoriyası üzrə 66 kq çəkidə Rəşid Şəmizadə və M2 yaş kateqoriyası üzrə +100 kq çəkidə Vasif İbrahimov gümüş medala sahib olub.
M1 yaş kateqoriyası üzrə +100 kq. çəkidə Qurban Məmmədli, M2 yaş kateqoriyası üzrə 66 kq çəkidə Vüqar Babayev və +100 kq. çəkidə Ruslan Əliyev bürünc medal qazanıblar.
İdmançılarımız yarışda ümumilikdə 4 qızıl, 2 gümüş və 5 bürünc medal əldə edib. Nəticələrə görə, veteranlarımız çempionatı ümumi hesabda 7-ci, kişilər arasında isə 5-cü yerdə başa vurub.