- Baxış sayı: 51
- 15 Yanvar 2025 22:43
- Baxış sayı: 109
- Yanvar 17, 2025
- 0
Xorvatiyanın Poreç şəhərində veteran cüdoçuların Avropa çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisi yarışın 3-cü günü daha 4 medal qazanıb. Vuqar Budaqov (73 kq), Zaur Bağırov (+100 kq) və Zülfiyyə Hüseynova (70 kq) 1-ci, Zaur Paşayev (100 kq) 3-cü yer tutublar.
Avropa çempionatının ilk 3 günündə Azərbaycan millisi 5 qızıl, 1 gümüş və 1 bürünc medala sahib çıxıb. 38 ölkədən 813 idmançının (702 kişi, 111 qadın) mübarizə apardığı yarışda biz 14 cüdoçu (14 kişi, 1 qadın) ilə təmsil olunuruq.